“Fövqəladə Hallar Nazirliyi dünən axşam saatlarında “Diqlas” ticarət mərkəzində yanğının söndürülməsini başa çatdırıb. O cümlədən soyutma tədbirləri də yekunlaşdırılıb”.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Yəhya Babanlı deyib.
Onun sözlərinə görə, hazırda ərazidə olan nazirliyin canlı qüvvəsi və texnikası mühafizə xarakterlidir: “Biz aidiyyatı üzrə təhvil-təslim verilməsi prosesini gözləyirik. Ticarət mərkəzində təhlükəsizlik məsələlərinə necə əməl edildiyi ilə bağlı isə mətbuata konkret məlumat veriləcək”.
Eləcə də bax: Yanan obyektin Eldar Mahmudovun oğluna məxsus olduğu rəsmən təsdiqləndi - SƏNƏD