Dekabrın 10-da yanğın baş verən «Eurohome» ticarət mərkəzinin sığortaym aid sənədləri də yanıb. FED.az xəbər verir ki, bu barədə ticarət mərkəzinin sahibi, “AF Holdinq” şirkətlər qrupunun prezidenti, iş adamı Azay Möhnətov bildirib.
Azay Möhnətov, «Eurohome»nin sığortalanmaması ilə bağlı iddiaları təkzib edib. Onun sözlərinə görə, obyekt sığortalanıb, amma yanğında sığorta sənədləri də yanıb: «Sığorta sənədləri yanğın olan yerdə olub, biz indi onu araşdırırıq və həmin sənədlənin kopyalarını gətirəcəyik.
İş adamı bildirib ki, hələlik sığorta şirkətlərinin kimə nə qədər kompensasiya ödəyəcəyi məlum deyil: «İndi hansı əsasla kimə nə qədər kompensasiya verilməsi məlum deyil, biz onları bilmirik, araşdırılacaq və deyilcək».
İş adamının sözlərinə görə obyektin sığortasının olmadığını deyənlər vəziyyətdən sui-istifadə etmək istyənlərdir.