Tanınmış iş adamı, “Emiland” modalar evinin rəhbəri Hikmət Hüseynova ağır itki üz verib.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, biznesmenin həyat yoldaşı Pərvanə Hüseynova vəfat edib.
O, ötən gün dünyasını dəyişib. P. Hüseynovanın uzun müddətdir xərçəngdən əziyyət çəkdiyi bildirilir.
Mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.