Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb.
FED.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar.
“Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, - yanğınsöndürənlərdən biri bildirib.
Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var.
Eləcə də bax: Yanan obyektin Eldar Mahmudovun oğluna məxsus olduğu rəsmən təsdiqləndi - SƏNƏD