İqtisadiyyat nazirliyi "Diqlas"dakı yanğında zərərçəkən sahibkarlarla görüşüb.
FED.az xəbər verir ki, nazir müavini Niyazi Səfərov icarədarları bir-bir qəbul edib. Onlardan "Diqlas"dakı fəaliyyəti haqda məlumatlar alıb. N. Səfərov bildirib ki, prezidentin tapşırığı ilə onlara lazımı dəstək göstəriləcək və bunun üçün araşdırma aparılır.
Natiq adlı sahibkar bildirib ki, 10 ildir "Diqlas"da fəaliyyət göstərirlər və 1 işçisivar. Ortalama aylıq dövriyyəsinin təxminən 30 min manat olduğunu deyib və əlavə edib ki, mağazadakı heç bir malın sığortası olmayıb.
Eləcə də bax: “Diqlas”ın rəhbəri: "Burada işləyənlərin hansı pula sahib olması təxminən bilinir"