"Diqlas" Ticarət Mərkəzinin yerləşdiyi binada söküntü işlərinə başlanılacaq".
FED.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.
O bildirib ki, söküntü işləri yaxın günlərdə həyata keçiriləcək: "Bina tam söndürülüb. Soyutma işləri yekunlaşdırılıb. Hazırda binanın aidiyyatı üzrə təhvil-təslimi ilə bağlı işlər aparılır".
Eləcə də bax: Yanan obyektin Eldar Mahmudovun oğluna məxsus olduğu rəsmən təsdiqləndi - SƏNƏD