Bakı şəhərinin Binəqədi rayonunda hər mərtəbəsi 265 m² olan dördmərtəbəli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi mansarda tipli binanın 4-cü mərtəbəsində yerləşən restoranın dəhlizinin tavanı 5 m² sahədə və mansardasının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
FED.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş sahəyə yayılmasının qarşısı alınıb. Restoranın qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub.
Yanğın söndürülüb. (Apa)