Bakıda daş karxanasında çalışan kişi faciəvi şəkildə ölüb.
Eləcə də bax: İş yerində ölən işçinin ailəsi nə qədər ödəniş almalıdır? - HESABLAMA, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)