Banner

Hadisə

Bakıda güclü yanğın olub - FHN-DƏN AÇIQLAMA

Bakıda güclü yanğın olub - FHN-DƏN AÇIQLAMA | FED.az
08:19 3 Yan 2019

Bakıda güclü yanğın olub. Yanğın hadisəsi Xətai rayonunda qeydə alınıb.

FED.az xəbər verir ki, Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın (taxta konstruksiyalardan ibarət) bir hissəsinin dam örtüyü yanıb.

Yanğın saat 01:53-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur). Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

İkimərtəbəli binada baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məlumatda qeyd olunur ki, yanğın zamanı xəsarət alan olmayıb. 

Digər xəbərlər

Banner