Hadisə

Bakıda “Audi” avtomobili "Bravo"ya girdi 

Bakıda “Audi” avtomobili "Bravo"ya girdi  | FED.az
15:54 18 Dek 2018

Ötən ay açılışı olan və “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” supermarketinin həyətində qəza baş verib.

FED.az xəbər verir ki, “Audi” markalı avtomobil idarəetməni itirərək marketin şüşə divarına çırpılıb və maşının ön hissəsi obyektin içinə daxil olub.

Əməkdaşlarımız bu gün marketlər şəbəkəsinin adıçəkilən mağazasına baş çəkiblər. Məlum olub ki, hazırda qəza baş verən hissənin təmiri işləri aparılır.
 

Digər xəbərlər