Banner

Hadisə

Azərbaycanda keçmiş hakim - HƏBS EDİLDİ

Azərbaycanda keçmiş hakim - HƏBS EDİLDİ | FED.az
08:46 29 Yan 2019

Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

FED.az "Report"a istinadən xəbər verir ki,  hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə zalında həbs edilib.

Eləcə də bax: Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını  - LƏĞV ETDİ  

İttiham aktına əsasən, T.Zeynalov Asif Bağırova qarşı xeyli miqdarda dələduzluq edib.

O, A.Bağırovun etibarından sui-istifadə edərək ondan 20 min manat pul alıb.

Xatırladaq ki, T.Zeynalov Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Vəkillər Kollegiyasının üzvü olan T.Zeynalov 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərirdi. 

Digər xəbərlər

Banner