Bu ilin yanvar ayında Azərbaycandan 7 milyon 713 min dollar həcmində 8 min 22 ton ilkin formalı polietilen ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, polietilen ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1,6 milyon dollar və ya 26,4%, miqdar ifadəsilə isə 2 min 692 ton, başqa sözlə 50,5% çoxdur.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi polietilenin 1 kiloqramının orta ixrac qiyməti 0,96 dollar (təxminən 1 manat 63 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 1,14 dollar (təxminən 1 manat 94 qəpik) idi. Bu da illik müqayisədə 0,18 dollar (31 qəpik) və ya 15,8% ucuzlaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 0,34%-i, qeyri-neft sektoru üzrə ixracın isə 2,87%-i polietilenin payına düşüb.










