2025-ci il ərzində Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 4 milyard 874 milyon dollar təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Çin ilə ticarət dövriyyəsi ötən illə müqayisədə 1 milyard 129 milyon dollar və ya 30,2% artıb.
Ticarət dövriyyəsinin böyük hissəsi, yəni 4 milyard 790 milyon dolları Çindən idxalın payına düşüb. 2024-cü ildə idxal 3 milyard 725 milyon dollar idi. Bu da illik müqayisədə 1 milyard 65 milyon dollar və ya 28,6% artım deməkdir.
Azərbaycanın Çinə ixracı isə təxminən 84 milyon dollar təşkil edib. 2024-cü ildə bu rəqəm təxminən 20 milyon dollar ətrafında idi (ixracda təqribən 4,2 dəfə artım).
Bu il ölkənin ümumi ticarət dövriyyəsinin 9,86%-i Çinin payına düşüb.










