2025-ci ilin ilk 11 ayının idxal rüsumu üzrə azadolmaların həcminə baxan zaman 686,4 milyon manat azadolma həcmi görürük.
Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə "Dərhal buraxılış" sistemi tətbiq ediləcək
FED.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin aparat rəhbərinin müavini Kənan Əsədov deyib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur: "Xüsusilə burada damazlıq heyvanlar üzrə azadolmaların artımı 125% olub. Baytarlıq preparatlarında isə 25%-lik artım qeydə alınıb. Bu rüsum güzəştlərin tətbiq olunması istər-istəməz bu sferanın xüsusi dəstək verir".
"Kənd təsərrüfatı məhsullarının idxalına tətbiq olunan gömrük rüsumları bir tərəfdən də yerli istehsalçıların hüquqlarının qorunmasına davamlı dəstək olur. Bu sahədə edilən gömrük güzəştləri də bu sahənin inkişafı ilə bərabər texniki modernizasiyaya da dəstək olduğunu düşünürəm. Gömrük orqanları, Kənd Təsərrüfatı Nazirliyi, eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumları ilə birgə fəaliyyət çərçivəsində idxal və ixrac olunan məhsulların biosanitar təhlükəsizliyinin qorunmasında, eyni zamanda milli və beynəlxalq standartlara uyğunluğunun təmin olunmasında rol oynayır. Beynəlxalq standartlara uyğunluğunun təmin olunması məhsulların ixrac istiqamətində rəqabət qabiliyyətini artırı" - deyə aparat rəhbərinin müavini əlavə edib.










