Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-mart aylarında yığımlarını açıqlayıb.
FED.az xəbər verir ki, ilin ilk 3 ayında gömrükçülər tərəfindən 1,5 milyard manat vəsait toplanıb.
Xaricdən gətirilən elektromobilə görə – NƏ QƏDƏR GÖMRÜK VERGİ VƏ RÜSUMU TUTULUR? – İZAHAT, MİSAL
Belə ki, yanvar ayında gömrükçülər 506 779,6 min manat, fevralda 502 109,6 min manat mart ayında isə 536 080,8 min manat olmaqla, ümumilikdə 1 milyard 545 milyon manat vəsait toplayıblar.
FED.az xəbər verir ki, bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 313 milyon manat və ya 25% artıqdır.
Gömrük Komitəsinin yığımlarında mart ayında yığımların kəskin – təqribən 30 milyon manat - artımı diqqəti cəlb edir.
FED.az bildirir ki, bu artım mart ayında ƏDV-nin daha çox yığılması ilə bağlıdır.
Belə ki, yanvar-fevral aylarında toplanan ƏDV məbləği 362-365 milyon manat arasında dəyişdiyi halda, mart ayında ƏDV yığımları 392 milyon manata yüksəlib.
Bu da son dövrlər tətbiq edilən mobil telefonların yerindəcə qeydiyyatı və adamkbaşına 800 dollarlıq rüsumsuz idxal limitinə nəzarətin sərtləşməsi hesabına baş verib.
Xaricdən 2 telefon gətirəndə nə qədər - GÖMRÜK RÜSUMU ÖDƏNİLİR? –HESABLAMA
May ayından isə gömrük yığımlarının daha da artacağı gözlənilir. Bu ölkəyə gətirilən avtomobillərlə bağlı yeni tələblə bağlıdır. Yeni qaydaya görə, ölkəyə yalnız son 10 ildə istehsal edilmiş avtomobillər gətirilə bilər.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az