Aprelin 6-da Bakı Baş Gömrük idarəsində Dövlət Gömrük Komitəsinin (DGK) rəsmilərinin də iştirakı ilə Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətlərinin Assosiasiyasının növbəti görüşü keçirilib.
80, 160 və 320 dollarlıq vergilər tamamilə ləğv edilib - GÖMRÜK KOMİTƏSİNDƏN AÇIQLAMA
Xaricdən gətirilən elektromobilə görə – NƏ QƏDƏR GÖMRÜK VERGİ VƏ RÜSUMU TUTULUR? – İZAHAT, MİSAL
FED.az xəbər verir ki, görüşdə gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər, o cümlədən gömrük təmsilçiliyi üzrə qabaqcıl şirkətlərin rəhbər və nümayəndələri iştirak edib.
Tədbir Dövlət Gömrük Komitəsinin sərəncamından irəli gələn «Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsinə dair Metodika» ya əsasən gömrük ərazi və fəaliyyət zonasına daxil olan dolayı gömrük təmsilçiliyi şirkətlərinin adı keçən Metodika ilə bağlı marifləndirilməsi məqsədi ilə təşkil olunub.
Görüş zamanı Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətlərinin Assosiasiyasının idarə heyətinin sədri Azər Aslanov nitq söyləyərək iştirakçılara dolayı gömrük təmsilçiliyi inistitutunun formalaşdırılması və inkişaf etdirilməsinin əhəmiyyəti haqqında məlumat verib.
Dolayı gömrük təmsilçiliyi üzrə ixtisaslaşmış şirkətlərin rəhbər və nümayəndələri Dövlət Gömrük Komitəsinin rəsmi nümayəndələrinə Metodikanın müddəalarına dair suallarını ünvanlayıblar. Onlar isə öz nəvbələrində sualları cavablandırıb və mövzulara ətraflı izah veriblər.
Bildirilib ki, Metodika sənədindən irəli gələrək gömrük rəsmiləşdirilmələri üzrə mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsinə başlanılıb və proses sistem vasitəsilə avtomatik qaydada həyata keçiriləcək. Hazırlanmış sənədin məqsədi bəyannamələrin tərtib edilməsini daha keyfiyyətli şəkildə həyata keçirməklə sahibkarları əlavə vaxt və xərc itkisindən azad etməkdir.
Sonda görüşün nəticələri sənədləşdirilərək Dövlət Gömrük Komitəsinə təqdim olunacağı nəzərdə tutulurdu. Tədbir təşkilatçıları tərəfindən bu növ tədbirlərin davam etdiriləcəyi qeyd olunur. Mövzunun davamı olaraq Dövlət Gömrük Komitəsində komitənin rəsmiləri ilə Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətlərinin Assosiasiyası arasında növbəti görüşün keçiriləcəyi planlaşdırılır.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az