Xəbər verildiyi kimi, xaricdən Azərbaycana gələn şəxslərin özləri ilə mobil telefon gətirdiyi zaman ödəniləcək gömrük rüsum və ödənişləri dəqiqləşib.
Gömrük rüsumu bu telefonlara aiddir - AÇIQLAMA - VİDEO
Yeni qaydalara görə, ölkəyə telefon gətirərkən 800 dollardan artıq artıq hissə vergiyə cəlb edilir.
FED.az ölkəyə 2 telefon gətirərkən tələb olunan gömrük ödənişlərini dəqiqləşdirib.
Göstərilən misalda xaricdən Azərbaycana 2 telefon 0 qiyməti 895 dollar olan «iPhone 13» (128QB) və qiyməti 1120 dollar olan «iPhone 14 Plus» (128 QB) gətirilməsi nəzərdə tutulub.
Gömrük Komitəsindən FED.az-a bildirilib ki, bu vəziyyətdə telefonların qiymətləri cəmlənir – 2015 dollar. Bundan 800 dollar çıxılır, çünki qaydaya görə xaricdən gələn şəxs özü ilə hər hansı əşya gətirərsə (ayda bir dəfə olmaq şərti ilə) ondan 800 dollar vergiyə cəlb edilmir.
Ümumi məbləğdən 800 dollar çıxılarkən yerdə qalan 1215 dollarlıq hissə 36%-lə gömrük rüsumuna cəlb edilir. Bu 437,4 dollar və ya 743,6 manat edir.
Bundan başqa, telefonu gətirnə şəxs 60 manat gömrük yığım ödənilir. Bu məbləğ məbləği 1000 dollardan artıq olan hər bəyannamə üzrə ödənilir.
Nəhayət, telefon gətirən şəxs 10 manat da elektron xidmət haqqı ödəyəcək. Nəticədə göstərilən qiymətə 2 telefonu gətirən şəxs gömrükdə 814 manat ödəniş etməlidirlər. Teleflnun aktivləşdirilməsi üçün qeydiyyat xərci buna aid deyil, o əlavə ödənilir.
Gömrük ödənişləri yerində – ya kartla onlayna olaraq, ya da terminal vasitəsilə ödənilməlidir.
Bəs gömrük əməkdaşı ölkəyə telefon gətirən şəxsin göstərdiyi qiymətlərlə razılaşacaqmı?
Komitədən FED.az-a bildirilib ki, gömrükdər hər bir telefonun standart xarici bazar qiyməti var. Əgər şəxsin təqim elədiyi qiymət həmin qiymətə yaxın olarsa, problem yaranmayacq. Amma iki qiymət arasında ciddi, məsələn 200 manat fərq olsa, onda gömrükdəki qiymət əsas tutulacaq.
Şəxs telefon gətirərkən, telefonun qiymətini təsdiqləmək üçün hökmən qəbz gətirməidirmi? Gömrük komitəsindən bildirilir ki, qiyməti təsdiqləyən sənəd kimi, qəbzin olması yaxşı olardı, amma olmasa da, həmin qiymətin nə qədər real olub-olmaması gömrükdəki qiymətlərə baxmaqla müəyyən ediləcək: «Sənəd təqdim edə bilmirsinizsə, gömrük əməkdaşı özlərində olan qiymətlərə baxaraq qiymət müəyyən edəcək». Burada bildirilib ki, gömrük əməkdaşlarında bu vəziyyətlərdə tətbiq edilən qiymətlərə baxmaq mümkün deyil.
Bundan başqa, Gömrük Komitəsindən bildirilir ki, ay ərzində bir şəxs ölkəyə yalnız 2 telefon gətirə bilər, 3-cü telefon, hətta şərtlərə cavab versə də, ölkəyə buraxılmayacaq. Qaydalara əsasən eyni və eyni cinsli məhsuldan 2dən artıq gətirilməsi qadağandır.
Bundan əlavə, mütəmadi olaraq, yəni hər ay 2 telefon gətirilməsi kimi hallar da qadağandır.
«Əgər siz hər ay xaricdən 2 telefon gətirsəniz, Gömrük Komitəsi onu saxlayacaq. Çünki vətəndaş şəxsi istifadə üçün telefon gətirirsə, bu ona uzun müddət kifayət edir». Əvəzində, təqribən 3 aydan sonra bu üsulla yenidən telefon gətirmək olar.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.