Fiziki şəxsin xaricdən alıb ölkəyə gətirdiyi elektromobil üçün nə qədər rüsum və ödənişlər tutulur?
FED.az xəbər verir ki, bu sualı Azərbaycanda aparıcı gömrük brokeri şirkətlərdən olan «Mobil Broker» şirkətinin nümayəndəsi Uğur İsmayılov cavablandırır:
Qüvvədə olan qanuvericiliyə əsasən, zavod istehsal tarixi 3 ilə qədər olan elektromobillər idxal rüsumu (15%) və ƏDV (18%) ödənişindən azaddırlar. Bununla yanaşı, əməliyyatın rəsmiləşdirilməsi zamanı (1) gömrük yığımları, (2) vəsiqə haqqı, (3) elektron gömrük xidmət haqqı və (4) elektron gömrük xidmət haqqı üzrə ƏDV hesablanır.
İstehsal tarixi 3 ildən çox olan elektromobillər isə ölkəyə gətirilərkən yalnız ƏDV-dən azad edilir, əvəzində onlara (1) idxal rüsumu (15%), (2) gömrük yığımları, (3) vəsiqə haqqı, (4) elektron gömrük xidmət haqqı və (5) elektron gömrük xidmət haqqı üzrə ƏDV məbləği hesablanaraq ödənilir.
Vacib məqam: Avtomobilin yaşı necə hesablanır?
Avtomobilin istehsal tarixindən söhbət gedirsə, bu tarix aylarla hesablanır. Yəni hazırda 2023-cü ilin martın 31-dirsə, «istehsal tarixindən 3 il keçməmiş» ifadəsi 2020-ci ilin aprelindən istehsal ollunan avtomobillərə aid olacaq.
Avtomobil, məsələn, 2020-ci ilin fevralında buraxilibsa isə, yaşı 3 ildən artıq sayılır və 3 ildən aşağı maşınlar üçün olan güzəştlər ona tətbiq edilmir
Vergi, rüsum və gömrük yığımı hansı məbləğdən hesablanır?
Ölkəyə idxal olunan elektromobillərin rəsmiləşdirilməsi zamanı vergi, rüsum və digər yığımlar üçün hesablamalar avtomobilin gömrük dəyəri əsasında hesablanır.
Elektrombilin gömrük dəyərinə: (1) elektromobilin öz qiyməti, (2) elektromobilin daşınaraq Azərbaycan ərazisinə gətirilmə xərci, (3) elektromobilin yol boyu daşınması üçün ödənilən sığorta haqqı daxildir. Bütün faizlər – vergi və xidmət haqları da buna əsasən hesablanır.
İzahedici misal
Məsələn, elektromobil xaricdən 10 min ABŞ dollarına alınır, 3 min dollar daşınma xərci ödənilməklə Azərbaycana gətirilir və daşınma zamanı sığorta olunması üçün 500 dollarlıq sığota haqqı ödənilir.
Nəticədə avtomobilin gömrük dəyəri 13 500 dollar məbləğində formalaşır.
Avtomobilin xaricdən alınma qiymətini necə sübut etmək olar?
Bəzən xaricdən gətirilən malların, o cümlədən avtomobillərin gömrük dəyərinin tanınması ilə bağlı gömrük əməkdaşları ilə vətəndaşlar arasında fikir ayrılığı, hətta mübahisə yaranır.
Belə mübahisələrin qarşısını almaq üçün ən yaxşı üsul ölkəyə gətirilən avtomobilin qiyməti ilə bağlı məqamları mümkün qədər dəqiq sənədləşdirməkdir.
Elektromobilin alınması barədə bank köçürmə sənədi təqdim etməklə mübahisələrin qarşısını almaq mümkündür.
Sənədlər bu qaydada tərtib edilibsə, qiymətlə bağlı bağlı mübahisələrin yaranması ehtimalı azdır.
Hansı hallarda Gömrük əməkdaşı qiyməti yenidən araşdırır?
Gömrük əməkdaşı malın dəyəri, yol pulu düzgün qeyd edilmədikdə və fiziki şəxs tərəfindən aşağı qeyd edildikdə o zaman malın dəyərini yenidən tənzimləyə bilər.
«Mobil Broker»in xidmətindən istifadə etmək olar
Yeri gəlmişkən, xaricdən elektromobil gətirmək istəyən vətəndaşlar bu əməliyyatı gömrük təmsilçilik xidməti göstərən "Mobil Broker" şirkəti vasitəsilə də rəsmiləşdirə bilərlər. Bu xidmətə bəyannamənin yazılması və avtomobilin gömrük ərazisindən çıxarılması xidməti aiddir.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az