Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib
Komitədən FED.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin təşəbbüsü ilə Masallıda "Embawood" MMC-də görüş keçirilib.
Görüş xarici ticarət iştirakçılarını gömrük sistemində həyata keçirilən yeniliklər, təkmilləşdirilmələr barədə məlumatlandırmaq, onların təklif və rəylərini öyrənmək məqsədilə təşkil edilib.
Gömrük əməkdaşlarına müəssisənin fəaliyyəti, istehsal edilən məhsullar barədə ətraflı məlumat verilib.
Daha sonra istehsal prosesi əyani şəkildə izlənilib, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.