2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 21 milyard 768 milyon dollara bərabər olub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8% azdır.
Son bir ildə ölkə üzrə ixrac 28% azalaraq 12 milyard 900 milyon ABŞ dolları təşkil edib. İdxal isə 8 artım baş verib və 8 milyard 867 milyon ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsində 4 milyard 34 milyon dollarlıq müsbət saldo yaranıb. Bu isə 2023-ci ilin yanvar-iyun aayları ilə müqayisədə 2,4 dəfə azdır.