2024-cü ilin yanvar-mart ayında Azərbaycandan 45 milyon 41 min dollar dəyərində 32 min 149 ton pomidor ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13 milyon 872 min dollar və ya 44,5%, miqdar ifadəsilə 7 min 658 ton və ya 31,3% artıb.
2023-cü ilin ilk 3 ayında isə Azərbaycandan 31 milyon 170 min dollar dəyərində 24 min 491 ton pomidor ixrac olunmuşdu.
1 kq pomidorun orta ixrac qiyməti 2024-cü ilin üç ayında 2,38 manata, ötən ilin eyni dövründə isə 2,16 manata başa gəlib.