2024-cü ilin ilk ayında Azərbaycan xarici ölkələrdən 472,3 min ABŞ dolları dəyərində 123 ton ərik qurusu idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 83,6 min dollar və ya 21,5% artıb, miqdar baxımından isə 3 ton və ya 2,6% azdır.
2023-ci ilin yanvar ayında 388,7 min dollar dəyərində 126 ton qurudulmuş ərik idxal edilib.
1 ton ərik qurusunun idxal qiyməti 2023-cü il ərzində 3 847 dollar, 2022-ci ilin eyni dövründə 3 083 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 764 dollar (24,8%) artım baş verib.
Ümumilikdə isə 1 kq ərik qurusunu idxalı 2024-cü ilin yanvar ayında 6,54 manata və 2023-ci ilin eyni dövründə 5,24 manata başa gəlib.