2026-cı ilin 1-ci rübündə (yanvar - mart) Azərbaycana 339 milyon 631 min dollar dəyərində 15 min 351 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal olunub.
Azərbaycanda bu avtomobillər kəskin bahalaşdı - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2025-ci ilin 1-ci rübündə Azərbaycana 400 milyon 252 min dollar dəyərində 22 miln 936 ədəd avtomobil idxal olunub. Beləliklə, 2026-cı ilin ilk rübündə Azərbaycana 7 min 585 ədəd və ya 33% az avtomobil idxal olunub.
İdxal olunan minik avtomobillərinin sayı 7 min 587 ədəd və ya 36,2% azalaraq 13 min 359 ədədə düşüb. ötən ilin ilk rübündə Azərbaycana 20 min 946 ədəd minik avtomobili idxal olunmuşdu.













