2025-ci ilin ilk altı ayında Azərbaycan kakao və bu məhsullardan hazırlanan ərzaqların idxalını artırıb.
Azərbaycan şəkər ixracından gəlirini 56%-dən çox artırıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkəyə ümumilikdə 73 815 milyon dollar dəyərində kakao və kakao məhsulları gətirilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,4% çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 65 078 milyon dollar səviyyəsində idi.
İdxalla yanaşı, kakao məhsullarının xaricə satışında da yüksəliş müşahidə olunub. 2025-in yanvar-iyun aylarında Azərbaycan bu kateqoriyadan olan məhsulları 5 895 milyon dollar dəyərində ixrac edib. Bu da ötən ilin müvafiq dövründə qeydə alınan 4 695 milyon dollarla müqayisədə 25,6% artım deməkdir.
Cari ilin ilk yarısında kakao məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,6%-ni, ixracı isə ümumi ixracın 0,05%-ni təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu nisbətlər müvafiq olaraq 0,7% və 0,04% idi.