Cari ilin yanvar-mart aylarında Azərbaycan 209.26 min ABŞ dolları dəyərində diri heyvan ixrac edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında diri heyvan ixracında 29.9 % artım qeydə alınıb.
Azərbaycan 2023-cü ildə qoyun idxalını 1,6 dəfə, inək idxalını isə 1,8 dəfə artırıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, rüb ərzində Azərbaycana 12 906.25 min ABŞ dolları dəyərində diri heyvan idxal edilib. Bununla da diri heyvan idxalı ümumi idxalın 0.35 %-i təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında diri heyvan idxalında 13.5 % azalma qeydə alınıb. (Apa)