2025-ci il ərzində Azərbaycandan 244 milyon 911 min dollar həcmində 85,8 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömruk Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 47,7 milyon dollar və ya 24,2%, miqdar ifadəsilə isə 13,1 min ton, başqa sözlə 18,1% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 197 milyon 197 min dollar dəyərində 72,7 min ton alüminium ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi alüminiumun 1 kiloqramının orta ixrac qiyməti 4 manat 85 qəpik təşkil edib. 2024-cü ildə isə bu rəqəm 4 manat 62 qəpik idi. Bu da illik müqayisədə 23 qəpik və ya 5% bahalaşma deməkdir.
Bu il ümumi ixracın 0,98%-i, qeyri-neft sektoru üzrə ixracın isə 6,75%-i alüminiumun payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,74% və 5,88% olmuşdu.










