Azərbaycan neftinin qiyməti son bir ayda və 2023-cü ildə ən yüksək həddə çatıb.
FED.az xəbər verir ki, yanvarın 12-də London birjasında keçirilən hərracların nəticəsi olaraq «Azeri Light» neftinin qiyməti 3,1 dollar artaraq 90.63 dollara yüksəlib.
Xatırladaq ki, bir gün əvvəl neftin qiyməti 87,5 dollar idi. Bu həm də noyabr ayından bəri Azərbaycan neftinin ən yüksək qiymətidir.
Sonuncu dəfə bundan yuxarı qiymət noyabrın 23-də qeydə alınmışdı – 91,09 dollar.
Xatırladaq ki, Azərbaycanın 2023-cü il dövlət büdcəsində neftin qiyməti 50 dollar götürülüb.