Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən ötən ay respublikada elektrik enerjisinin istehsalı 2 493,4 mln. kVt·st olub.
FED.az xəbər verir ki, ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 2 224,9 mln. kVt·st, SES-lərdə 218,3 mln. kVt·st, digər mənbələr üzrə isə 50,2 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 2,9 mln. kVt·st, günəş elektrik stansiyalarında 26,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 20,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 232,6 mln. kVt·st (İES-lərdə 2 021,6 mln. kVt·st, SES-lərdə 211,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 32,0 mln. kVt·st (İES-lərdə 22,4 mln. kVt·st, SES-lərdə 6,4 mln. kVt·st, GES-də 3,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 2,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 226,8 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 157,4 mln. kVt·st, idxalı isə 11,2 mln. kVt·st olub.