Ukraynadakı sosial media fəalları, daha doğru hakimiyyətin uzantıları xalqı SOCAR-ı boykot etməyə çağırır.
SOCAR Dneprdə xilasetmə işləri aparanlara - PULSUZ XİDMƏT GÖSTƏRİR
FED.az xəbər verir ki, səbəb isə Azərbaycan Neft Şirkətinin Rusiyanın "Gazprom" şirkəti ilə əməkdaşlığı genişləndirməsidir.
Xatırlayırsınızsa, Rusiya-Ukrayna müharibəsi başlandığı andan etibarən "SOCAR" Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrində təcili yardım və Fövqəladə Xidmət maşınlarını pulsuz yanacaqla təmin etməyi öhdəsinə götürdü.
Bu barədə ilk məlumatı elə Ukrayna prezidenti Volodimir Zelenski bildirdi.
Bu addım Azərbaycanın humanizm prinsiplərini rəhbər tutduğunu göstərirdi. Bu prinsiplərdən yola çıxaraq Azərbaycan Ukraynaya dərmanlar və tibbi avadanlıqlar göndərdi, özü də dəfələrlə...
Baxmayaraq ki, Vətən müharibəsi zamanı Ukraynadan heç bir dəstək görməmişdik, heç gözləməmişdik də...
Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Ukraynanın Azərbaycan Dövlət Neft Şirkətini qınamağa haqqı çatmır.
"Ekspertlər hesab edir ki, Qərbdəki himayədarlarının istəyi ilə Ukrayna öz ərazisindən Rusiya qazının tranzitini dayandırmır... Bunun fonunda isə “SOCAR”-a qarşı boykot kampaniyası böyüməyə davam edir...