Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner

Energetika

  1. Ana səhifə
  2. Energetika
  1. Energetika

Türkmənistandan Azərbaycan vasitəsilə Avropaya qaz boru kəməri layihəsi yenidən - BƏRPA OLUNA BİLƏRMİ?

Türkmənistandan Azərbaycan vasitəsilə Avropaya qaz boru kəməri layihəsi yenidən - BƏRPA OLUNA BİLƏRMİ? | FED.az
14:30 15 Mart 2023

Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.

“Lotus Energy” şirkətinin təmsilçisinin enerjinin qiyməti barədə sualına - PREZİDENTDƏN CAVAB

FED.azxəbər verir ki, görüşdə “Edison Technologies and Engineering Group”un baş icraçı direktoru Edison Kasapoğlu Prezident İlham Əliyevdən “Transxəzər” boru kəmərinin  yenidən bərpa olunub olunmayacağını soruşub.

“Edison Technologies and Engineering Group”un baş icraçı direktoru Edison Kasapoğlu: Cənab Prezident, çox sağ olun. Sizin məqsədləriniz və təqdim etdiyiniz hazırkı planlarınız çox böyük təəssürat bağışlayır. Qarşınıza qoyduğunuz planlar həqiqətən əla planlardır.

Bizim şirkət enerji bazarında 2004-cü ildən etibarən fəaliyyət göstərir. Dünyadakı digər mühəndis tərəfdaşlarımızla biz əsasən böyük hökumət layihələrinə dəstək veririk. Bu gün mən, cənab Prezident, üç məsələni qeyd etmək istərdim və ümidvaram ki, həmin məsələlərə cavabınızı eşidəcəyəm. Birinci məsələ ondan ibarətdir ki, cənab Putin Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşmanı təsdiqlədikdən sonra biz 2018-ci ilin avqustunda “Erlikid”, “Sinopec Engineering” və “Manesman” şirkətləri ilə Türkmənistandan Azərbaycan vasitəsilə Avropaya çəkiləcək qaz boru kəməri üzərində işləməyə başladıq. İşlər müəyyən dərəcəyə qədər icra olundu. Lakin əfsuslar olsun ki, biz növbəti mərhələyə çıxa bilmədik. Burada, cənab Prezident, mən Sizdən “Transxəzər” boru kəməri barədə soruşmaq istərdim. Bu layihə yenidən bərpa oluna bilərmi? Həmin vaxt, yəni, 2018-ci ilin avqust ayında, qeyd etdiyim kimi, mətbuatda hətta konsorsiumla birgə məlumat verilmişdi ki, biz həmin layihədə əməkdaşlıq üçün tam şəbəkə yaratmışıq. Bu layihənin maliyyələşdirilməsini dəstəkləmək üçün idarə heyətinə hətta çox böyük maliyyə təsisatı da qoşulmuşdu. Bu, birinci məsələdir.

İkinci məsələ bizim DESFA və “Snam” ilə olan öhdəliklərimizə aiddir. Bu, Türkiyə ilə Yunanıstan arasında yerləşən qovşaqda təbii qazın qəbul edilməsi əməliyyatı ilə bağlıdır. Avropa istiqamətində bir neçə milyard kubmetr qazın qəbul edilməsi nəzərdə tutulur. Aydındır ki, “Snam” Avropa ölkələrinə gedən boru kəmərlərinə malikdir. Mən bilmək istərdim ki, Azərbaycan bu həcmlərin alınmasında bizə dəstək verə bilərmi? Biz artıq BOTAŞ ilə müzakirələr aparmışıq və onlar bu həcmlər üzrə bizə dəstək verəcəklərini bildiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev: Cənab Kasapoğlunun Transxəzər boru kəməri ilə bağlı sualına gəldikdə bildirməliyəm ki, Transxəzər boru kəməri uzun illər müzakirə olunub. Mən ən azından onun on il müzakirə olunduğunu xatırlayıram. O, müzakirə olunan müddətdə biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərini, Cənub Qaz Dəhlizini inşa etdik və Avropaya yaşıl enerji ötürən xətti çəkəcəyik və hələ də Transxəzər boru kəməri müzakirə olunacaq. Bax, vəziyyət belədir. Bizim təşəbbüskarı olduğumuz bütün layihələr artıq ya tamamlanıb, ya da şübhəsiz uğurlu olacaqdır. Transxəzər bizim layihəmiz deyil. Transxəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz, o cümlədən mən, dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq. Lakin məndə olan məlumata görə bu məsələnin indiyədək öz həllini tapmamasının səbəbi odur ki, maliyyələşmənin mənbəyi hələ də müəyyən olunmayıb. 30 milyard kubmetr həcmində olan boru kəmərinin tikintisinin yükünü kimin daşıması aydın deyil. Bu, müəyyən Avropa şirkətləri olacaq, yoxsa vəsait Avropa İttifaqı tərəfindən ayrılacaq, bunun üçün layihə ortaq maraqlar layihələri sırasına daxil edilməlidir. Mən bildiyimə görə bu belə deyil və bunun Türkmənistan hökumətinin olub-olmamasını da biz bilmirik. Buna görə bu, birinci sualdır, bu layihə üçün ödənişi kim edəcək? İkinci sual isə ondan ibarətdir ki, yaxşı, layihəni kimin maliyyələşdirdiyi müəyyən edildikdən sonra layihə Azərbaycana gələcək və oradan hara gedəcək? Çünki bizdə-TANAP-da indi boş qalan tutumumuz yoxdur. Biz yeni kompressor stansiyaları tikməklə TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirəcəyik və boru Azərbaycan qazı ilə tam dolu olacaqdır. Bu isə o deməkdir ki, potensial kəmər olan Transxəzər boru kəməri Azərbaycana gəldikdən sonra kimsə Azərbaycandan Avropaya başqa bir boru kəmərini tikməlidir. Bu şirkətin kim olduğu yaxşı sualdır. Mən bu məsələyə skeptisizmlə yanaşmıram. Mən hər şeyi real qiymətləndirirəm. Yenə də deyirəm, bu, bizim layihəmiz deyil. Kimsə onu tikməyi qərarlaşdırarsa biz buna çox şad olarıq, çünki biz tranzitdən pul qazanacağıq, Şərqdə və Qərbdə olan qonşularımıza yaxşı xidmət göstərmiş olacağıq. Aralıq dənizi regionunda DESFA və “Snam” təbii qaz layihələrinə gəldikdə, mən bu sualı belə başa düşdüm, elə deyilmi?

Edison Kasapoğlu: Əslində, tranzit Kiprdən Türkiyə və Yunanıstan arasında həyata keçiriləcəkdir. DESFA yunan şirkətidir, lakin “Snam” törəmə şirkətdir və onlar bizim qarşımızda üzərinə öhdəlik götürdülər ki, bizə 1 milyard kubmetrdən 3 milyard kubmetrə qədər sərbəst tutum verəcəklər.

Prezident İlham Əliyev: Sərbəst tutum harada, TANAP-da?

Edison Kasapoğlu: Yox Kiprdən. Bizim Kipr-Yunanıstan sərhədinə qədər gedən boru kəmərimiz var. Onlar bizə Avropaya qazı nəql etmək üçün 1-3 milyard kubmetr sərbəst tutum verəcəklər.

Mikayıl Cabbarov: Cənab Prezident, Türkiyə və Yunanıstan sərhədindən söhbət gedir.

Prezident İlham Əliyev: Orada tutum var?

Mikayıl Cabbarov: Cənab Kasapoğlu deyir, - əgər mən onu düz başa düşürəmsə, - Türkiyə hökuməti şirkətə imkan verir ki, bu tranzit ötürmə tutumuna malik olsun. Bu da sonra beynəlxalq qaz donorların tapılmasından asılıdır. Düzdür?

Edison Kasapoğlu : Düzdür, bəli 1 milyard kubmetrdən 3 milyard kubmetrə qədər.

Prezident İlham Əliyev: Anladım. Bu fikir barədə heç nə eşitməmişəm, ona görə şərh verə bilmərəm. Bəlkə görüşümüzdən sonra bunu nazirimizlə müzakirə edib bizi daha çox məlumat və təfərrüatlarla təmin edə bilərsiniz. Əlbəttə ki, enerji təhlükəsizliyi ilə bağlı bizim dəstəyimizə ehtiyacı olan istənilən layihəni dəstəkləyəcəyik. Sonuncu qeyd isə Azərbaycanda bəzi işlərlə- gəmiqayırma zavodu və Sumqayıt Texnologiyalar Parkı ilə bağlı idi, əgər sualı düzgün başa düşmüşəmsə. Eləcə də hidrogen. Düşünürəm ki, mən bu məsələyə toxunmuşam, lakin Bakı gəmiqayırma zavodu çox məşğul olacaq. Biz onun tutumunu artırmağı planlaşdırırıq.

Dediyim kimi, Xəzər dənizi ilə daşımalar üçün tələbat artır. Azərbaycanın hələ ki, Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal edə bilər və bu da həmin neft həcmləri və Mərkəzi Asiyadan, yəqin ki, Çindən gözlədiyimiz quru yük üçün kifayət etmir. Yəqin ki, eşitmisiniz Çindən, Qırğızıstan, Özbəkistan ərazisindən Xəzər dənizinə dəmir yolunun tikintisi layihəsi var və əlbəttə ki, layihə Xəzər dənizinə çatan kimi o, bizə tərəf gələcək. Beləliklə, biz Azərbaycan ərazisindən potensial daşıma həcmlərinin ciddi dəyərləndirmə prosesindəyik və biz buna hazır olmalıyıq. Biz investisiya yatırmalıyıq və bu sahədə çoxlu investisiya imkanları və ya müqavilə imkanları olacaq. Düşünürəm ki, mən bütün məsələləri əhatə edə bildim.

Banner
Banner
  • Edison Kasapoğlu
  • Prezident
  • İlham Əliyev
  • Türkmənistan
  • Azərbaycan
  • Avropa
  • qaz
  • boru kəməri
  • Edison Technologies and Engineering Group
Paylaş

Digər xəbərlər

SOCAR Xersonda ailələri təxliyə edən könüllülərə - YARDIM EDİR
Energetika 7 İyun 2023
SOCAR Xersonda ailələri təxliyə edən könüllülərə - YARDIM EDİR
Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
Energetika 7 İyun 2023
Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
Azəri-Çıraq-Günəşli: Neft hasilatının hər bir yataq üzrə bölgüsü
Energetika 6 İyun 2023
Azəri-Çıraq-Günəşli: Neft hasilatının hər bir yataq üzrə bölgüsü
Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
Energetika 6 İyun 2023
Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
Neft ucuzlaşıb - SON QİYMƏT
Energetika 6 İyun 2023
Neft ucuzlaşıb - SON QİYMƏT
Avropada qaz - 17%-DƏK BAHALAŞIB
Energetika 5 İyun 2023
Avropada qaz - 17%-DƏK BAHALAŞIB
Nobel Energy və Energetika Nazirliyi Günəş Elektrik Stansiyasının tikintisinə dair - MEMORANDUM İMZALAYIB
Energetika 5 İyun 2023
Nobel Energy və Energetika Nazirliyi Günəş Elektrik Stansiyasının tikintisinə dair - MEMORANDUM İMZALAYIB
Azərbaycanda kommunal xidmətlərlə təminatın zəif olduğu iqtisadi rayonlar məlum olub - SORĞU
Energetika 5 İyun 2023
Azərbaycanda kommunal xidmətlərlə təminatın zəif olduğu iqtisadi rayonlar məlum olub - SORĞU
“OPEC plus”dan neft hasilatı ilə bağlı yeni qərar – AZƏRBAYCANIN DA KVOTASI AZALDILDI
Energetika 5 İyun 2023
“OPEC plus”dan neft hasilatı ilə bağlı yeni qərar – AZƏRBAYCANIN DA KVOTASI AZALDILDI
“OPEC plus”dan neft hasilatı ilə bağlı yeni qərar – AZƏRBAYCANIN DA KVOTASI AZALDILDI
Energetika 4 İyun 2023
“OPEC plus”dan neft hasilatı ilə bağlı yeni qərar – AZƏRBAYCANIN DA KVOTASI AZALDILDI
Energetika Nazirliyi 2 Anlaşma Memorandumu imzalayıb - FOTO
Energetika 3 İyun 2023
Energetika Nazirliyi 2 Anlaşma Memorandumu imzalayıb - FOTO
Neft bahalaşıb - SON QİYMƏT
Energetika 3 İyun 2023
Neft bahalaşıb - SON QİYMƏT
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • “Bank Respublika” Naxçıvanda genişlənir - Sədərək filialı işə düşdü
    09:43 7 İyun 2023
  • 50 manat sərmayə ilə daha bir audit şirkəti yaradılıb
    09:42 7 İyun 2023
  • Leysan yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
    09:40 7 İyun 2023
  • “Transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması haqqında ərizə forması” - TƏSDİQ EDİLİB
    09:39 7 İyun 2023
  • Mərkəzi Bank texniki dəstək xidmətini bu şirkətə həvalə etdi - TENDER NƏTİCƏSİ
    09:37 7 İyun 2023
  • Kənd Təsərrüfatı Nazirliyinin yeni binasında 500-ə yaxın əməkdaş işləyəcək
    09:36 7 İyun 2023
  • Təcili: Dubaydan Bakıya əşya və mal gətirənlər limiti keçdilər - GÖMRÜK ÖDƏMƏLİ OLACAQLAR - VİDEO
    09:34 7 İyun 2023
  • Şimal-Qərb bölgəsində sel səbəbindən - Bəzi Yollar Bağlanıb
    09:32 7 İyun 2023
  • Azərbaycanda 100 manat nizamnamə kapitalı olan yeni lizinq şirkəti yaradılıb
    09:29 7 İyun 2023
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:29 7 İyun 2023
  • SOCAR Xersonda ailələri təxliyə edən könüllülərə - YARDIM EDİR
    09:26 7 İyun 2023
  • Dünya Bankı Türkiyənin iqtisadi artım - PROQNOZUNU ARTIRIB
    09:23 7 İyun 2023
  • Dövlət qurumu çoxsaylı yanğınsöndürmə avadanlığı alır - TENDER
    09:22 7 İyun 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    09:16 7 İyun 2023
  • Türkiyədə dollar daha da bahalaşdı – 22 LİRƏDƏN ARTIQDIR - SON VƏZİYYƏT
    09:15 7 İyun 2023
  • Göygöl şəhərində yolların əsaslı təmiri işləri ilə bağlı - TENDER ELANI
    09:14 7 İyun 2023
  • Bu gün banka məxsus yaşayış evləri satışa çıxarılır – QİYMƏT
    09:11 7 İyun 2023
  • Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - 41 QANUN DƏYİŞİR, SİYAHI
    09:04 7 İyun 2023
  • "Hidro Park" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:03 7 İyun 2023
  • İmişlidə qum-çınqıl çıxaranlara qarşı – CİNAYƏT İŞİ AÇILIB
    09:01 7 İyun 2023
  • FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin - RƏİSİ DƏYİŞDİ
    08:54 7 İyun 2023
  • "Yango" da Azərbaycanda - DAŞIMA ŞİRKƏTİ YARATDI
    08:52 7 İyun 2023
  • Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin tenderi - LƏĞV OUNDU
    08:45 7 İyun 2023
  • "Paşa Bank" kreditə görə yerli şirkəti - MƏHKƏMƏYƏ VERDİ
    08:39 7 İyun 2023
  • Azərbaycanda yeni audit şirkəti dövlət qeydiyyatına alınıb
    08:34 7 İyun 2023
  • 159 avtobus gecikir - SİYAHI
    08:30 7 İyun 2023
  • Bakıda bu yollarda tıxac var- SİYAHI
    08:17 7 İyun 2023
  • «Ermənistanla sülh sazişinin astanasındayıq» - 3 MƏSƏLƏ MANE OLUR
    02:13 7 İyun 2023
  • "Mobil Group" MMC "Marketinq üzrə mütəxəssis” vəzifəsi üzrə - VAKANSİYA ELAN EDİR
    22:32 6 İyun 2023
  • "Bravo" işçi axtarır - VAKANSİYA
    22:12 6 İyun 2023
  • "Azər Türk Bank" işçilər axtarır - VAKANSİYALAR
    22:09 6 İyun 2023
  • "Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
    22:05 6 İyun 2023
  • Qarabağda işləmək üçün işçilər axtarılır - MAAŞ 750-1400-1430-1600-1640-1800 MANAT - VAKANSİYA
    21:58 6 İyun 2023
  • "Access Bank" işçi axtarır - VAKANSİYA
    21:56 6 İyun 2023
  • Azərbaycan Sənaye Korporasiyası ASC işçi axtarır - MAAŞ 1440 MANAT - VAKANSİYA
    21:54 6 İyun 2023
  • "Rabitabank" işçi axtarır - VAKANSİYA
    21:52 6 İyun 2023
  • "ODONTOS LTD" işçi axtarır - MAAŞ 800-900-1000-1200-1600 MANAT - VAKANSİYA
    21:47 6 İyun 2023
  • "Baku Accountants Associates" MMC işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
    21:40 6 İyun 2023
  • "Invest AZ" QSC işçilər axtarır - VAKANSİYALAR
    21:33 6 İyun 2023
  • ÜÇÜNCÜ BİLDİRİŞ - Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nin ləğvedicisi - TƏYİN EDİLDİ
    18:58 6 İyun 2023
  • Avtomobillərin gömrük bəyannamələri ilə bağlı bu qərar - LƏĞV EDİLDİ
    18:23 6 İyun 2023
  • Leysan yağıb - FAKTİKİ HAVA
    18:20 6 İyun 2023
  • AQTA Rusiya araqları ilə bağlı əhaliyə müraciət edib - FOTOLAR
    18:12 6 İyun 2023
  • Bank sektorundan istehsalata - TRANSFER OLUB
    18:05 6 İyun 2023
  • Birinci rübdə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti - 42% ARTIB
    17:58 6 İyun 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:42 6 İyun 2023
  • “Ukrayna əks-hücum əməliyyatına başlayıb”
    17:37 6 İyun 2023
  • Fitch: "Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini daha da artıracaq"
    17:33 6 İyun 2023
  • Hesablama Palatası: “Qaçqınkom”da 20,1 mln. manat vəsait düzgün istifadə edilməyib"
    17:27 6 İyun 2023
  • Azərbaycanda rus vətəndaşı 20 min manat sərmayə ilə yeni şirkət yaratdı
    17:24 6 İyun 2023
  • Azərbaycanın yeganə saat istehsalçısı - VMF sirkəti - 1 milyon manat borc cəlb edir
    17:19 6 İyun 2023
  • Xəzinə 60 milyon manat da - BORCLANDI
    17:14 6 İyun 2023
  • Tovuz rayonunda yolların əsaslı təmiri işləri ilə bağlı - TENDER ELANI
    17:14 6 İyun 2023
  • Azərbaycan bazarına Kipr şirkəti daxil olur
    17:02 6 İyun 2023
  • "İdeal" mağazalarının keçmiş sahibinin şikayəti ilə bağlı - QƏRAR VERİLİB
    16:54 6 İyun 2023
  • AZAL və IATA yeni - MEMORANDUM İMZALAYIB
    16:48 6 İyun 2023
  • Dövlət qurumu pikap tipli avtomobil alır - TENDER ELANI
    16:47 6 İyun 2023
  • "Al Market" növbəti dəfə- MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    16:44 6 İyun 2023
  • Qopub tökülən “AMAY” ticarət mərkəzi ilə bağlı - RƏSMİ AÇIQLAMA
    16:40 6 İyun 2023
  • İmişlidə 10 min manat sərmayə ilə yeni şirkət yaradılıb
    16:38 6 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!