ABŞ Prezidenti Donald Tramp ölkədə kömür enerjisinin inkişafına təxminən 700 milyon dollar ayırmaq niyyətindədir.
Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbələrə görə, Amerika lideri 4 iyunda yeni kömürlə işləyən elektrik stansiyalarının və ixrac terminalının tikintisi üçün maliyyələşdirmə elan etməyi planlaşdırır. Administrasiya 1950-ci il Müdafiə İstehsalı Qanununu tətbiq etməyi və ABŞ-da mövcud 13 kömürlə işləyən elektrik stansiyasının maliyyələşdirilməsi üçün 425 milyon dollar ayırmağı planlaşdırır.













