Novator HRC
Baş Mühasib
Son tarix 06 iyl 2026 -
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat uçotunun tam və düzgün aparılmasını təmin etmək
- Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
- Debitor və kreditor hesablaşmaları aparmaq;
- Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
- Gəlir və xərclərin nəzarəti, maliyyə intizamının təmin edilməsi
- Bank əməliyyatlarının və ödənişlərin idarə olunması
- Mühasibat komandası və gündəlik əməliyyatlara nəzarət
- Vergi və mühasibat qanunvericiliyində dəyişikliklərin izlənməsi və tətbiqi
- İstehsal əməliyyatlarının uçotunun aparılmasına nəzarət
- Xammal və hazır məhsul hərəkətlərinin izlənməsi
- İstehsal maya dəyərinin hesablanması və analiz edilməsi
- Anbar qalığı və inventarizasiya proseslərində iştirak
- İstehsal xərclərinin düzgün bölgüsünə nəzarət
Tələblər:
- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
- İstehsal sahəsində və Baş mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi
- Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yaxşı bilmək
- 1C, Excel və digər mühasibat proqramlarında sərbəst işləmə bacarığı
- Peşəkar Mühasib Sertifikatı (PMS) üstünlükdür
- Analitik düşünmə və yüksək məsuliyyətlilik
- Komanda idarəetmə bacarığı
İş şəraiti:
- İş yeri: Ramana (Buta şadlıq sarayın arxası, havalimanı yolunun üstü);
- Nahar şirkət tərəfindən qarşılanır;
- İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi; (6cı gün qısaldılmış)
- Əmək haqqı: 1500-2000 AZN başlanğıc
Qeyd: Vakansiya xanım namizədlər üçün nəzərdə tutulub.
CV-nizi mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.















