Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı neft müharibəsinin Trumpın müdaxiləsi ilə tez bir zamanda həll edilməsinin səbəbi ABŞ prezidenti Donald Trampın Səudiyyə şahzadəsi Salmanı hədələməsi olub.
FED.az xəbər verir ki, Tramp şahzadə Salmanla aprelin 2-də baş tutan telefon danışığı zamanı nefti ucuzlaşdıran addımların kəsilməyəcəyi təqdirdə ABŞ qoşunlarını Səudiyyə Ərəbistanından çıxaracağını bildirib. Bundan sonra ərəblər neft istehsalını azaltmağa razılaşıblar.
«Röyters» agentliyi Trampla şahzadənin həmin telefon danışığı ilə bağlı maraqlı məqamları paylaşıb. İddiaya görə, telefon danışığı zamanı Trampın onu təhdid edəcəyini və sərt danışacağını başa düşən şahzadə müşavirlərini otaqdan çıxararaq telefon danışıqlarını tək davam etdirib.
Xatırladaq ki, koronavirusun yayılması dünyada neftə tələbatın azalmasına səbəb olub. Bu, enerji şirkətlərini və neft ölkələrini ağır sınaq qarşısında qoyub. Bu dövrdə Səudiyyə Ərəbistanının Rusiya ilə qiymət müharibəsi ABŞ-ı qəzəbləndirdi. Məsələ bundadır ki, neft müharibəsi nəticəsində ABŞ-dakı neft şirkətlərinin gəlirləri də kəskin azalıb və bəzi şireətlər müflis olmağa başlayıblar. Məhz buna görə, aprelin 2-də baş tutan telefon danışığında prezident Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı, neft qiymətlərinin tarixi çökməyə başladığı 2 apreldə təhdid etdiyi ortaya çıxıb.
Tramp, OPEC-in istehsalını azaltmayacağı təqdirdə, ABŞ əsgərlərini Səudiyyədən çıxaracağını bildirib. O şahzadəyə bildirib ki, hərbçilərin Səudiyyədən çıxarılmasını tənzimləyən qanunların qarşısını almayacaq.
75 illik dostluğa son qoyacaqdı
Maraqlıdır ki, Tramp və Bin Salman arasındakı telefon danışığından bir həftə əvvəl, respublikaçı senatorlar Kevin Kramer və Den Sullivan ABŞ qoşunlarının «Patriot» hava və raketdən müdafiə sistemlərini Səudiyyə Ərəbistanından geri çəkmək barədə qanun layihəsi hazırlayıblar. Bununla da ABŞ ilk dəfə olaraq Səudiyyə Ərəbistanını 75 illik müttəfiqliyini dayandırması ilə hədələyib. Bu danışıqdan sonra OPEC-in aprelin 10-da istehsalın azaldılması barədə qərarı Ağ Evin koronavirus epidemiyasının ortasında diplomatik qələbəsi sayılır.
Şahzadə danışığı tək davam etdirib
İddiaya görə, Tramp görüş zamanı təhdidlərə başlayandan sonra Bin Selman otağındakı digər şəxsləri çıxararaq tək danışmağa davam edib. ABŞ rəhbəri öz neft ssənayesini nəzərdə tutaraq «sən bizimkiləri məhv edirsən» deyib.
«Reuters» müxbiri Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında Trampdan bu məsələni - qoşunları geri çəkməklə təhdid etdiyini soruşub. ABŞ prezidenti, «Mənim belə deməyə ehtiyacım yoxdur! Bin Salmanla danışdıq, onlar da Vladimir Putinlə danışdılar və problemi həll etdilər. Səudiyyə Ərəbistanı rəhbərliyi isə bu məsələyə münasibət bildirmək istəməyib.