"RosAzer Maş QSC"nin mətbuat katibi Nərgiz Ağayevadan alınmış məlumata istinad edərək QSC-nin İdarə Heyyəti sədrinin tapşırığı və yeni hədəfləri açıqlanıb.
FED.az xəbər verir ki, İdarə Heyətinin sədri Toğrul Qulubəyli "RosAzerMaş" QSC-nin Elmi-istehsalat mərkəzində startap layihələrinin dəstəklənməsi zəminində mərkəzdə yenidənqurma işlərinin aparılması və mühəndislər üçün lazımi şəraitin yaradılması üzrə tapşırıqlar verib.
Daha sonra T.Qulubəyli tabeli istehsal sahələrinin növbəti il üçün yeni prespektivlərinin müzakirəsindən sonra müasir dövrümüzdə elektrotexnikanın inkişafı ilə bağlı fikirlərini səsləndirib:
Sədrin sözlərinə görə, elektrotexnikanın gələcək inkişafı yeni materialların və komponentlərin yaradılması ilə ayrılmaz şəkildə bağlı olacaqdır: "Məsələn, qrafen unikal elektrik və mexaniki xüsusiyyətlərə malıkdir və onu gələcək elektronika üçün ideal material edir. Elektron cihazların işini və enerji səmərəliyini artıra bilən yeni yarımkeçirici növlərinə tədqiq edilir. Elektrik mühəndisliyinin gələcəyi həyəcanlı və yeniliklə dolu olmağı vəd edir. Ağıllı idarəetmə sistemləri, elektrik nəqliyyat vasitələri, bərpa olunan enerji, tibbi elektronika və yeni meteriallar gündəlik həyatımızda mühüm rol oynayacaq. Bu texnologiyaların inkişafı innovativ həllər yaratmaq, həyatımızı yaxşılaşdırmaq və ekoloji davamlığı təşviq etmək üçün mühəndislər, elm adamları və istehsalçılar arasında əməkdaşlıq tələb edəcək işlərin görülməsini zəruri edir. Bundan başqa, AGİLE_ çevik inkişaf İradəetmə modelinin tətbiqi ilə verimli doğru irəliləmə bağlantısıyla layihələrin vəziyyətinin ölçməklə proses zamanı yaranan tələblərə asanlıqla uyğunlaşmağın mümkünlüyünü, ölçmə və qiymətləndirmə proseslərinin, layihələrin hazırlanmasında erkən və dəqiq görünməni təmin etmək xüsusiyyətinə malik olması bu metodologiyadan yararlanaraq nəticədə iş prosesinin çevik və dəqiqliyinə nail olacayıq. Startap layihələrinin genişləndirilməsi üçün mühəndis komandasına və əlavə proqram yazılım şirkətlərinin mütəxəssislərinində cəlb olunmasını layihənin ilkin mərhələsinin hazırlanmasının dəstəklənməsi yönündə Azərbaycan brendi altında yeni məhsulların- ixtiraların işlənib hazırlanması əsas məqsədlərimizdən birincisi olmalıdır. Bu yolda bütün əməyi keçəcək həmfikirlərdən ibarət olacaq komandaya uğurlar arzulayıram" - deyə, sədr T.Qulubəyli vurğulayıb.