ABŞ Prezidenti Trampın Avropa səyahətini 30 gün müddətinə məhdudlaşdırmaq qərarından sonra neftin qiyməti kəskin şəkildə aşağı düşür.
Eləcə də bax: Tramp Avropadan ABŞ-a uçuşları - QADAĞAN ETDİ
FED.az xəbər verir ki, Trampın qərarından sonra London birjasında neftin qiyməti 7 faiz ucuzlaşıb. ABŞ prezidenti Konqresi əmək haqqı alanlar üçün vergiləri asanlaşdırmağa çağırdı, lakin ətraflı bərpa paketi açıqlamadı. Bu açıqlama bazarları sakitləşdirmək üçün kifayət etmədi və qlobal birja satış dalğası dərinləşdi.
Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı neft qiymətləri müharibəsi ilə Dünya Səhiyyə Təşkilatının dünən qlobal bir pandem olaraq açıqladığı virus səbəbiylə tələbatla bağlı pronozların pisləşməsi səbəbindən xam neft bu həftə dəyərinin dörddə birini itirdi.
«Bütün dünyada karantin tətbiq olunduğunu görə bilərik» deyən Sinqapurdakı Vanda Insights təsisçisi Vandana Hari, «Neftə tələbatın azalacağını gözləmək olar və neft istehlakının əvvəlki bütün proqnozları qüvvədən düşüb»-deyə bildirib.