“Biz Venesuela rəhbərliyi ilə işləyəcəyik və bu günə qədər çox yaxşı işlədik”.
Tramp: "Venesuela ABŞ-a 50 milyon barel neft verəcək, onu özümüz satacağıq"
FED.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib. O, ölkədən trilyonlarla dollar dəyərində neft götürəcəklərini bildirib.
“Biz nefti idarə edəcəyik. Sabah Ağ evdə bütün böyük neft şirkətləri rəhbərləri ilə görüş keçirəcəyik. On dörd şirkət olacaq. Onlar işə başlayacaqlar. Bütün neft infrastrukturunu yenidən quracaqlar. Onlar azı 100 milyard dollar xərcləyəcəklər”, - deyə Tramp əlavə edib. (Azərtac)









