ABŞ prezidenti Donald Trump bu gün Rusiya prezidenti Vladimir Putin ilə Rusiyanın Səudiyyə Ərəbistanı ilə neft qiymətləri müharibəsi və koronavirus pandemiyasına qlobal cavabını müzakirə etməyi planlaşdırır.
Eləcə də bax: Neftdə daha böyük eniş - YENİ QİYMƏT
FED.az-ın məlumatına görə, Tramp "Fox & Friends"ə verdiyi müsahibəsində, "Rusiyanın da bu vəziyyətlə əlaqədar problemi var, virus ilə. Bu səbəbdən bu mövzu haqqında da danışacağıq" deyib.
ABŞ prezidenti, Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı mübahisəyə görə neftin qiymətinin düşməsi səbəbindən enerji sektorunu "bitdiyini" görmək istəmədiyini söyləyib.
Bu gün neft 17 il ərzində ən aşağı səviyyəyə enəndən sonra itkisinin bir hissəsini bərpa edib. Qərbi Texas nefti (WTI), ilk saatlarda Nyu-York vaxtı ilə 09:04-də $1.12-dən $20.39-a enərək $19.92-a kimi ucuzlaşıb.
Trampın bu münasibəti, bu ayın əvvəlində neft qiymətlərinin kəskin düşməsini amerikalılar üçün "vergi endirimi" olaraq gördüyü düşüncəsində dəyişiklik olub.