Təcili: Neft 20% bahalaşdı, qiyməti 111 dolları keçdi – YENİ QİYMƏT
İrandakı müharibə nəticəsində dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin qiyməti yenidən rekord vuraraq təxminən 19% artıb. Birjada Brent markalı neftin qiyməti 2026-cı ilin may ayı üçün müqavilələrdə 110 dollar/barelini keçib.
Londonun ICE birjasında Brent markalı neftin qiyməti təxminən 19% artıb. TASS xəbər verir .
Bakı vaxtilə 09 mart 2026-cı il saat 2:15-ə olan məlumata görə, neftin qiyməti 1 barel üçün 111 dolları keçib və 2022-ci ilin iyul ayından bəri ilk dəfə 111,4 dollara satılıb. Bu gün ərzində 19% bahalaşma deməkdir.
Sonradan qiymət artımı bir qədər səngiyib və neft 109,01 dollara düşüb.
Xatırladaq ki, ABŞ və İsrailin İrana hücumlarə və bundan sonra başlayan müharibə nəticəsində Fars Körfəzi və Hörmüz boğazı bağlanıb. Yaxın Şərqin bəzi ölkələri o cümlədən BƏƏ və Küveyt neft hasilatını azaltmağa başlayıblar.
Analitiklər bildirir ki, neft sahəsi artıq gəmiçilik problemi ilə üzləşiblər və bu problemin həlli hələ də görünmür.
«Bloomberg» agentliyinin məlumatına görə, artıq Birləşmiş Ərəb Əmirlikləri və Küveyt gəmiçilik və logistika problemləri səbəbindən neft hasilatını azaltmağa başlayıblar.
«Abu Dhabi National Oil Co» şirkəti elan edib ki, şirkət neftin saxlama tələbatını nəzərə alaraq neft hasilatını yenidən tənzimləyir – bu hasilatın azalması deməkdir, çünki artıq anbarlarda neft saxlamaq üçün yer qalmayıb. «Kuwait Petroleum Corp» şirkəti isə elan edib ki, İranan hədələri və Hörmüz boğazındana neftin daşınmasının mümkünsüz olduğunu nəzərə alaraq hasilatı azaltmağa başlayır.
Küveytdə neft hasilatının azalması şənbə günündən başlayıb və ilkin olaraq sütkada 100 min barel azalma olacaq. Bundan sonra isə hasilatın azalma daha 3 dəfə artaraq gündə 300 min barelə yüksələcək. Bu vəziyyət ehtiyatların həcmindən və Hörmüz boğazındakı vəziyyətdən asılı olacaq. Xatırladaq ki, yanvar ayında Küveyt gündə 2,57 milyon barel neft hasil edirdi.
Birləşmiş Ərəb Əmirlikləri isə, hələ yanvarda gündə 3,5 milyon barel neft hasil edirdi və bu göstəriciyə görə OPEK-də 3-cü yeri tutur. İndi isə ölkə Hörmüz boğazını yan keçməklə nefti ixrac etməyə çalışır, ya da nefti anbarlara toplamağa çalışır.
Hazırda «Adnoc» şirkətinə məxsus olan neft kəməri gündə 1,5 milyon barel neft nəql edir. Bu həcmlər BƏƏ-nin qərb sahilindəki Fuceyra limanına daşınır. Şirkət elan edib ki, hələlik kəmərin işində bir problem yoxdur.
Xatırladaq ki, BƏƏ və Küveyt-dən əvvəl digər körfəz ölkələri də neft və qaz hasilatını azaldacaqlarını elan ediblər.
Bir neçə gün əvvəl İraq hökumətin anbarların dolması səbəbindən neft hasilatını azaldacağını bildirib, Səudiyyə Ərəbistanı özünün ən böyük neft emalı zavodunu dayandırıb, Qətər isə İran dronlarının hücumlarından sonra dünyada ən böyük sıxılmış qaz istehsal edən zavodu dayandırıb.
ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, Ağ Ev İrana qarşı hərbi əməliyyatlar fonunda dünya qiymətlərini sabitləşdirmək üçün strateji neft ehtiyatlarından istifadə etməyi nəzərdən keçirir.
O, Hörmüz boğazının nə vaxt işə düşəcəyinin məlum olmadığını, lakin bunun "nisbətən yaxın gələcəkdə" baş verəcəyini söyləyib. Bu arada, ABŞ-ın Enerji Dominantlığı üzrə Milli Şurasının direktoru Carrod Eigen jurnalistlərə bildirib ki, ABŞ İran ərazisində istehsal olunan bütün neftin nəzarətini İrandan almağı planlaşdırır.
Fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib və bu zərbələr nəticəsində İranın Ali Dini Lideri Əli Xamenei öldürülüb. Cavabında İran İsrailə və Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə hücum endirməkdədir.



![[red]Təcili: Neft 20% bahalaşdı, qiyməti 111 dolları keçdi – YENİ QİYMƏT[/red] | FED.az](upload/news/small/2978838.jpg)
![[red]Təcili: Neft 20% bahalaşdı, qiyməti 111 dolları keçdi – YENİ QİYMƏT[/red] | FED.az](upload/news/small/3120921.png)








