2023-cü il iyulun 1-nə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə təmin olunan gəlirlər üzrə artıq ödəmənin məbləği 2 milyard 150 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 24,6% çoxdur.
SOCAR yarım ildə avtomobil benzini istehsalını 30%, dizel istehsalını 25,5% - ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasından məlumat verilib.
Bu məbləğin 181,7 milyon manatı (6 ay ərzində artım 2,7 dəfə) neft-qaz sektorunun, 1 milyard 968,3 milyon manatı (artım 18,8%) isə qeyri neft-qaz sektorunun payına düşüb.
SOCAR tərəfindən artıq ödəmə məbləği 118,8 milyon manat təşkil edir.
Xüsusi mülkiyyət üzrə artıq ödəmə 1 milyard 5,9 milyon manat, dövlət mülkiyyəti üzrə 607,4 milyon manat, xarici mülkiyyət üzrə 204,3 milyon manat, birgə mülkiyyət üzrə 150 milyon manat məbləğində qiymətləndirilir. (İnterfaks-Azərbaycan)