2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 15,9% - 2 milyard 598,2 milyon manata qədər ($1 milyard 528,4 milyon) artıb.
Azərbaycanda neftin hasilatı - 8%-DƏK AZALIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
7 ay ərzində 838,5 min ton avtomobil benzini (artım 29,8%), 334,2 min ton təyyarə yanacağı (artım 8,1%), 1 milyon 351,3 min ton qazoyl/dizel yanacağı (artım 25,5%), 35,4 min ton sürtkü yağları (artım 63,1%), 141 min ton maye qaz (artım 15,5%), 142,2 min ton neft koksu (artım 46,3%) istehsal edilib.
Mazut istehsalı 94% - 4 min tona qədər, neft bitumu istehsalı 39,7% - 137,7 min tona qədər azalıb.
2023-cü il avqustun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 4,6 min ton avtomobil benzini, 39,7 min ton təyyarə yanacağı, 87,4 min ton qazoyl (dizel yanacağı), 1,8 min ton mazut, 5,8 min ton sürtkü yağları, 2 min ton maye qaz, 11,1 min ton neft bitumu, 13,6 min ton neft koksu var. (İnterfaks-Azərbaycan)