Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ilin üçüncü rübündə qazma və hasilat üzrə artıma nail olub.
Eləcə də bax: SOCAR-da ofis yaradılıb - DİREKTOR TƏYİN EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, şirkətin hesabatına görə, şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 % çoxdur.
Şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz çıxarılıb və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10 %, qaz hasilatını isə 9 % artırıb.
Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.