Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,8 mln tondan çox neft, 1,8 mlrd kubmetrdən çox qaz hasil olunub.
Eləcə də bax: SOCAR-dan TAP kəməri ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, ötən ilin üçüncü rübünün nəticələri ilə müqayisədə neft hasilatı 7,8% azalıb. Qaz hasilatı isə bir ildə 2,32% artıb.
OPEC+ razılaşması çərçivəsində götürülmüş məhdudlaşdırma öhdəlikləri ilə əlaqədar olaraq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında azalma qeydə alınıb. Öhdəliklər yalnız xam neft hasilatını əhatə etdiyi üçün qaz hasilatında artım tempi davam edib.
Müvafiq dövrdə ölkə üzrə 8,2 mln tona yaxın neft, 8,2 mırd kubmetrə yaxın qaz hasil edilib. Bu, 2019-cu ilin üçüncü rübü ilə müqayisədə müvafiq olaraq 15,36% az və 6,15% çoxdur. (Report)