Neft Daşlarında yaxın illərdə 5 yeni istehsalat sahəsinin quraşdırılması planlaşdırılır.
FED.az "trend,az"-a istinadən xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov Neft Daşlarının 70 illiyinə həsr olunmuş media-tur zamanı deyib.
Onun sözlərinə görə, bu sahələrdə 60-70 hasilat quyusunun qazılacağı nəzərdə tutulur.
Qeyd edək ki, Neft Daşlarının mövcud olduğu dövrdə burada 333 istehsalat sahəsi quraşdırılıb və 2 minə yaxın quyu qazılıb.