Avropa Komissiyası «STEAS» və İsveçrənin TISS şirkətləri tərəfindən Türkiyədə yerləşən SOCAR Terminalının birgə satın alınmasını təsdiqləyib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əməliyyat SOCAR Turkey Enerji A.Ş. (STEAS) və «Terminal Investment Switzerland Sàrl» (TISS) şirkətlərini əhatə edir.
Xatırladaq ki, «Terminal Investment Switzerland Sàrl» (TISS) şirkəti İsveçrənin «MSC - Mediterranean Shipping Company» şirkəti və «BlackRock» arasında yaradılıb.
Avropa Komissiyası STEAS və İsveçrənin TISS şirkətləri tərəfindən Türkiyədə yerləşən SOCAR Terminalının birgə satın alınmasını təsdiqləyib.
Bu saziş əsasən Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsindəki konteyner terminalı xidmətləri ilə bağlıdır.
Alqı-satqınıaraşdıran tənzimləyicilər, bu əməliyyatın Avropa İqtisadi Bölgəsinə məhdud təsiri olduğunu, bu səbəbdən də rəqabət narahatlığı yaratmadığı qənaətinə gəliblər.
Açıqlamada deyilir ki, araşdırma liman infrastrukturu və logistika xidmətlərinin təmin edilməsinə yönəlib. Əməliyyatlar Türkiyədə cəmləşdiyindən, Komissiya birləşmənin Avropa İqtisadi Bölgəsi (AİB) daxilində bazarın balansına mənfi təsir göstərməyəcəyini müəyyən etdi.
«İş, rəqabət mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirməyən əməliyyatlar üçün nəzərdə tutulan sadələşdirilmiş birləşmə nəzərdən keçirmə proseduru çərçivəsində araşdırıldı. Bu icazə ilə Türkiyənin enerji nəhəngi ilə İsveçrədə yerləşən gəmiçilik və investisiya liderləri arasında tərəfdaşlıq davam edə bilər və bu da İzmir dənizçilik mərkəzinin strateji əhəmiyyətini gücləndirir»-deyə Avropa Komissiyasının açıqlamasında bildirilir.










