Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə 53,4 milyon dollarlıq karbamid ixrac edilib.
ARDNŞ-in idarəsi dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyun sayında bildirilir.
Məlumata görə, karbamid ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 milyon dollar və ya 32,2% azalıb. Belə ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 78,8 milyon dollara bərabər idi.
Qeyd edək ki, bu ilin yan var-may aylarında aqrar məhsullar üzrə ixrac 25,2% artaraq 414,5 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 39% artaraq 160,5 milyon dollar təşkil edib.














