2026-cı ilin yanvar-may aylarında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin qeyri-neft sektoru üzrə ixracı 84 milyon 600 min ABŞ dolları təşkil edib.
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bu barədə FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayına istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə bu göstərici 183 milyon 900 min ABŞ dolları idi. Beləliklə, idarənin ixracı 99 milyon 300 min ABŞ dolları və ya 54% azalıb.
Bu azalma dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir. İri ixracatçılardan birindəki belə kəskin azalma reytinqin ümumi dinamikasına ciddi təsir göstərib.

















