SOCAR və tabeli qurumlarda çalışan əməkdaşların əmək haqları artırılır.
“Goldman Sachs” satdı, SOCAR aldı - Səhmlərin 30 Faizi Alındı
FED.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövnəq Abdullayev əmr imzalayıb.
Əmrə əsasən, SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidentinin 28 dekabr 2021-ci il tarixli xidməti yazısı nəzərə alınaraq, SOCAR-da çalışan işçilərin rifah halının yaxşılaşdırılması məqsədilə Dövlət Neft Şirkəti və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar verib.
Qərara əsasən, 1 yanvar 2022-ci ildən Dövlət Neft Şirkətində işçilərin tarif (vəzifə) maaşları 20 faiz artırılır.