Ötən il Dövlət Neft Şirkətində (SOCAR) elan edilmiş vakansiyalar üzrə şirətə 90 minə yaxın müraciət daxil olub.
FED.az xəbər verir ki, bu barədə şirkəti illik hesabatında bildirilir. Hesabatda deyilir ki, 2018-ci ili sonuna SOCAR-ın Baş ofisində 613 nəfər çalışıb.
Eləcə də bax: Azərbaycan şirkəti Ankarada ofisini açıb
Ötən il Baş ofisə 70 nəfər işə qəbul 37 nəfər isə işdən azad edilib. Baş Ofisdə işləyənlərdən 178 nəfəri rəhbər işçi, 428 nəfər mütəxəssis, 5 nəfər texniki icraçı və 2 nəfər fəhlədir. O cümlədən 186 nəfəri qadın, 24 nəfəri təqaüdçü (yaşa görə), 592 nəfəri ali təhsillidir. 2018-ci il ərzində vəzifəyə təyin olunma ilə əlaqədar SOCAR-ın prezidenti və Kadrların İdarə Edilməsi Komitəsi tərəfindən 85 əmək müqaviləsi bağlanmış, 62 nəfərlə isə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2018-ci il ərzində SOCAR-a müsabiqə ilə 1424 nəfər işə qəbul edilib. Onlardan 857 nəfər kənardan işə qəbul edilən və 567 nəfər şirkətin müəssisə və təşkilatlarında çalışanlardır. Ötən il ərzində SOCAR-ın müəssisə və təşkilatları üzrə 1055 adda vakansiya üzrə 1635 vakant yer elan olunub. Bu vakansiyalara işə düzəlmək üçün 89471 nəfər müraciət edib.
Məlumatların vakansiyaların tələblərinə uyğunluğu yoxlanılandan sonra 39 382 nəfər növbəti mərhələyə buraxılıb. Test imtahanında 21991 nəfər iştirak edib, 5357 nəfəri imtahandan uğurla keçib. 1589 nəfər peşə sınaq imtahanlarında, 2891 nəfər isə müsahibə mərhələsində iştirak edib ki, onlardan müsabiqədən müvəffəqiyyətlə keçmiş 1181 nəfəri (443 nəfəri peşə sınaq imtahanından, 738 nəfəri müsahibədən) işlə təmin edilmək üçün SOCAR-ın müəssisə və təşkilatlarına göndərilib, 354 nəfəri isə SOCAR-ın Kadr ehtiyatı bazasına (KEB) daxil edilib. Həmçinin, SOCAR-ın Kadr ehtiyatı bazasından 231 nəfər SOCARın müəssisə və təşkilatlarına işə qəbul üçün göndərilib.