SOCAR və ADNOC arasında Anlaşma Memorandumu imzalanıb.
Ərəb şirkəti Azərbaycanın iri qaz yatağında pay aldı - YENİ SƏHMDAR
FED.az xəbər verir ki, imzalanmış sənəd SOCAR-ın Abu Dabidə həyata keçirilən apstrim layihələrində (xam neft, qaz axtarışı və hasilatı işləri) iştirakını və bu istiqamətdə ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər, eyni zamanda, bərpa olunan enerji və aşağı karbon həlləri sahəsində, habelə hər iki şirkət tərəfindən razılaşdırılmış üçüncü ölkələrdə neft-qaz sahəsində investisiya imkanları ilə bağlı potensial əməkdaşlıq istiqamətlərini araşdıracaq.