Rusiyada əlverişsiz hava şəraiti səbəbindən 1,9 milyon insan işıqsız qalıb.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Energetika Nazirliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Bərpa işlərinə çox sayda əməkdaş və xüsusi texnikanın cəlb olunduğu qeyd olunub. Əlverişsiz hava şəraiti bərpa işlərinə çətinlik yaradıb.
Ötən gecə və səhər saatlarında qasırğa Rusiyanın Qara dəniz sahillərində güclü daşqınlara səbəb olub. Ən azı dörd nəfər ölüb, onlarla insan xəsarət alıb. Evlərə ziyan dəyib, elektrik enerjisi kəsilib, nəqliyyatın hərəkətində problemlər yaranıb. (Trend)